Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı şairə Yakutiyada beynəlxalq poeziya festivalında iştirak edəcək

news photo

03.09.2019 18:31 // Cəmiyyət

Oktyabrın 14-dən 18-dək Yakutiyada “Böyük qarın bərəkəti” V Beynəlxalq poeziya festivalı keçiriləcək. Artıq bu diyarın ədəbi həyatında ən böyük tədbir olan festivalın ilk iştirakçılarının adları məlumdur. Azərbaycan, Qazaxıstan, Tuva, Tatarıstan və Moskvadan olan nümayəndələr öz iştiraklarını təsdiq ediblər.

Youthportal.az Yakutiya.info saytına istinadla xəbər verir ki, Azərbaycanı həmin festivalda şairə və tərcüməsi Afaq Şıxlı təmsil edəcək. Yakutiyanın Mədəniyyət və Mənəvi İnkişaf Nazirliyinin məlumatında bildirilib: “Bu gün Vyetnam, Bolqarıstan və Serbiyadan olan tanınmış müəlliflər, yazıçılar, şairlər, jurnalistlərlə V Beynəlxalq Poeziya Festivalında iştirakla bağlı danışıqlar aparılır. Festival çərçivəsində qonaqların respublikanın rəhbərliyi, müxtəlif ali təhsil müəssisələrin tələbələri ilə görüşləri, böyük poeziya axşamında iştirak etmələri nəzərdə tutulub. Onlar həmçinin, Yakutiyanın Xalq şairi Semyon Danilovun Dağ ulusunda yerləşən evində, respublikanın əsas turizm obyektlərində olacaqlar”.

Beynəlxalq poeziya festivalı Yakutiyada 2012-ci ildən keçirilir. Tədbirin əsas təşkilatçıları Saxa (Yakutiya) Respublikasının Mədəniyyət və Mənəvi İnkişaf Nazirliyi, Şimal-Şərq Federal Universiteti və respublikanın Yazıçılar İttifaqıdır. Festivalda “Qarın nəvazişi” (qar haqqında ən yaxşı şeir), “Qarla və dostluqla isinirik” (dostluq barədə ən yaxşı şeir) nominasiyaları üzrə laureatlar da müəyyən ediləcək. Onlar festivalın vəsaiti hesabına bir il müddətində 500 nüsxə şeir kitabı nəşr etdirmək hüququ da qazanacaqlar.

Beynəlxalq poeziya festivalının keçirilməsində əsas məqsəd Rusiya Federasiyasının, MDB məkanı və xarici ölkələrin xalqları arasında əlaqələrin möhkəmlənməsidir. Yakutiya xalqlarının ədəbiyyatına maraq göstərən, həmçinin bununla bağlı yaradıcılıq planları olan yazıçı və şairlər, habelə tərcüməçilər tədbirdə iştirak edəcəklər.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Sumqayıtda fləşmob:Biz müstəqilik

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi