Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı qılıncoynadanlardan daha bir uğur

news photo

25.06.2015 16:15 // Bakı-2015

Avropa Oyunlarının qılıncoynatma yarışlarının üçüncü günündə kişilər arasında rapira, qadınlar arasında sablya ilə fərdi yarışlarda mükafatçılar müəyyənləşəcək.

Youthportal.az-ın məlumatına görə, kişilər arasında rapira ilə fərdi yarışda Azərbaycan təmsil olunmur. Qılıncoynatma üzrə fərdi yarışların son günündə dörd qadın sablyaçımız mübarizə aparacaq.

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlarda 36 idmançı 6 qrupda mübarizəyə başlayacaq.

Azərbaycan qılıncoynadanlarından Sevinc Bunyadova “A”, Fatimə İbrahimova “D”, Səbina Mikina “E”, Sevil Bunyadova “F” qrupunda qüvvələrini sınayacaqlar.

_______________

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlar davam edir.

Sevinc Bünyadova qrup mərhələsində 5 görüş keçirib və hamısında qələbə qazanıb. O, ukraynalı dünya və Olimpiya çempionu Olqa Xarlan ilə qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılıb.

Ümumilikdə fərdi yarışda 36 idmançı 6 qrupda mübarizə aparır. Azərbaycan qılıncoynadanlarından Sevinc Bünyadova, Fatimə İbrahimova, Səbina Mikina, Sevil Bünyadova qüvvəsini sınayırlar.

Sevinc Bünyadova AZƏRTAC-a müsahibəsində deyib: “Rəqiblərim güclü idi, amma mən onların hamısına qalib gəldim. Olqa Xarlanı məğlub edə biləcəyimə bir o qədər də inanmırdım. Amma səylə çalışaraq 5:3 hesabı ilə onu məğlubiyyətə uğratdım. O, əsas rəqibim idi. Bacım Sevil Bünyadovadan da qələbələr gözləyirəm".

____________

Azərbaycan qılıncoynadanı Səbinə Mikina da qrup mərhələsində keçirdiyi 5 görüşün hamısında qalib gəlib.

Digər sablyaçılarımızdan Fatimə İbrahimova və Sevil Bünyadova qrup mərhələsində keçirdikləri beş oyunda müvafiq olaraq 3 və 4 qələbə qazanıblar.

Qadınlar arasında sablya növü üzrə fərdi yarışlar davam edir.

___________

Yarışda onaltıdabir final mərhələsində mübarizə aparacaq Sevil Bünyadovanın rəqibi polşalı Maqdalena Pasternak olacaq. Fatimə İbrahimova isə italiyalı Rebekka Qarqano ilə görüşəcək. Sonuncu qarşılaşmanın qalibi səkkizdəbir finalda Sevinc Bünyadova ilə qarşılaşacaq. Səbinə Mikina isə rusiyalı Yana Obvintseva və rumıniyalı Bianka Pasku görüşünün qalibi ilə üz-üzə gələcək

Digər xəbərlər

Xəbər lenti

“Naməlum Axundzadə” nümayiş olunacaq

Gələn ay üçün qeyri-iş günləri

Sabah külək əsəcək

“UNEC-100” - Strateji idarəetmə

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi