Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı könüllü İngiltərə Futbol Assosiasiyasının layihəsində ölkəmizi təmsil edib

news photo

31.07.2019 16:45 // Gənclər üçün

İngiltərənin Birmingem şəhərində İngiltərə Futbol Assosiasiyasının təşkilatçılığı ilə Liderlik Akademiyası layihəsi həyata keçirilib.

Youthportal.az xəbər verir ki, “UEFA Avropa Liqası Final 2019”un və “Avro 2020”nin könüllüsü Camal Səmədov AFFA-nın xətti ilə layihədə iştirak edib.

Liderlik Akademiyasına 14 fərqli ölkənin hərəsindən 1 təmsilçi qatılıb. Digər iştirakçılar isə İngiltərənin müxtəlif şəhərlərini təmsil ediblər. Ümumilikdə, tədbir 100-ə yaxın gəncin iştirakı ilə keçirilib. Layihə müddətində liderliklə bağlı təlimlər, komanda quruculuğu ilə bağlı müxtəlif yarışlar, oyunlar təşkil edilib. Eyni zamanda, “Avro 2020” ilə bağlı geniş təqdimat nümayiş olunub.

Digər xəbərlər

Xəbər lenti

“Qobustan-tarixinin daş yaddaşı”

"Sevil" operası nümayiş olunacaq

Dumanlı hava şəraiti hökm sürəcək

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi