Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı ifaçılar Latviyada çıxış edəcək

news photo

17.07.2019 15:58 // Cəmiyyət

İyulun 18-dən 21-dək Latviyanın kurort şəhəri olan Yurmalada keçiriləcək ənənəvi “Laima Rendezvous Jūrmala” musiqi festivalında yerli müğənnilərlə yanaşı, digər ölkələrdən dəvət olunmuş ifaçılar da mahnılarını səsləndirəcək.

Youthportal.az xəbər verir ki, Latviyanın Xalq artisti Layma Vaykulenin rəhbərliyi altında artıq beşinci dəfə festivalda bu dəfə pop musiqisinin Baltik ölkələri və MDB-də tanınmış ən görkəmli nümayəndələri iştirak edəcək. Festivalın sonuncu günündə azərbaycanlı ifaçı Emin Ağalarov da səhnə alacaq.

Ümumilikdə isə musiqi bayramında Azərbaycan da daxil olmaqla 14 ölkədən dəvət olunmuş 50-dən çox müğənninin iştirakı gözlənilir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi