Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı gənclər Amerikada gənclər evlərinin təcrübələri ilə tanış olublar (FOTO)

news photo

24.08.2018 15:49 // Gənclər üçün

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və ölkədə fəaliyyət göstərən gənclər evlərinin rəhbərləri ABŞ Dövlət Departamentinin "Beynəlxalq Ziyarətçilərin Liderlik Proqramı" (IVLP) çərçivəsində Amerikanın 4 ştatında gənclər evlərinin fəaliyyəti və gənclərlə iş sahəsindəki təcrübələri ilə yaxından tanış olublar.

Bu barədə məlumat verən Gəncə Gənclər evinin rəhbəri Amil Qurbanov bildirib ki, səfər çərçivəsində ABŞ Dövlət Departamentinin əməkdaşları ilə Azərbaycanın nümayəndə heyəti arasında görüş olub. Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri, ABŞ səfirliyi və Gənclər evləri arasında qurulacaq əlaqələr, eləcə də birlikdə həyata keçiriləcək layihələr müzakirə edilib.

Səfər zamanı Birləşmiş Ştatların ayrı-ayrı şəhərlərində gənclərlə də görüşlər keçirilib. Həmçinin Corctaun, İova və İnkarneyt Uord universitetlərinin idarə heyətlərinin üzvləri ilə görüşdə gələcək əməkdaşlıq diqqət mərkəzində olub.

Azərbaycanın nümayəndə heyətinin üzvləri bir sıra qeyri-hökumət təşkilatları, uşaq evləri və gənclər mərkəzlərində gənclərin inkişafı ilə bağlı tədbirlərə qatılıb, təcrübə mübadiləsi aparıblar.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabaha gözlənilən hava şəraiti

Moskvada rekord isti qeydə alınıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi