Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı gənc alimin ötən həftə iki məqaləsi ABŞ-ın impakt faktorlu jurnallarında dərc olunub

news photo

22.10.2019 20:00 // Təhsil

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun gənc alimi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun son həftədə ikinci elmi məqaləsi ABŞ-ın impakt faktorlu “Computer Modeling in Engineering and Sciences” jurnalında dərc olunub.

AMEA-dan Youthportal.az-a bildirilib ki, məqalə “Boş silindr və ətraf mühitdən ibarət olan qeyri-bircins əvvəlcədən gərginləşmiş sistemin məcburi rəqsləri” (Forced vibration of the non-homogeneously pre-stressed system consisting of the hollow cylinder and surrounding medium) mövzusuna həsr olunub.

Xatirladaq ki, gənc alimin daha əvvəlki məqaləsi ABŞ-ın nüfuzlu “Computers, Materials and Continua” jurnalında yer alıb. Hər iki məqalənin dərc edildiyi dərgilər “Web of Sciences” və “Scopus” bazalarında indeksləşir, həmçinin kompüter, riyaziyyat və mexanika sahələrində yüksək nüfuzlu jurnallar sırasındadır.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

İlahiyyat İnstitutunda seminar(FOTO)

“Məktəb seminarları” davam edir

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi