Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı diplomatlar Diaspor Gənclərinin II Yay düşərgəsində olublar (FOTO)

news photo

12.07.2019 10:04 // Gənclər üçün

Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə görüşüblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Youthportal.az-a verilən məlumata görə, görüşün əsas mövzusu “Azərbaycanın xarici siyasətində diaspor fəaliyyəti və gənclərin rolu” olub. Diplomatlar gənclərə maraqlı məlumatlar verdikdən sonra geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, düşərgədə müxtəlif mövzularda görüş və təlimlər davam edir. Tarixçi alim Solmaz Tohidi “Azərbaycanın 100 illik tarixi” mövzusunda, nəsimişünas alim Səadət Şıxıyeva İmadəddin Nəsiminin yaradıcılığı ilə bağlı məlumat veriblər.

“Nəsimi 650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları Xocalı qətliamında hər iki valideynini itirən gənclərlə, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Tural Gəncəliyevlə də görüşüblər. Yüksək vətənpərvərlik əhval-ruhiyyəsində keçən görüş iştirakçılarda böyük təəssürat yaradıb.

Düşərgədə məlumat sessiyalarının biri Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinə, ümumiyyətlə dünyada miqrasiya siyasətinə həsr olunub. Digər bir görüş Yüksək Texnologiyalar Parkı və bu sahədəki yeniliklərdən bəhs edib. Parkın direktoru Tural Kərimli mövzu ilə bağlı ətraflı məlumat verib.

Diaspor gənclərinin Şamaxının Dəmirçi kəndinə və Safari Parka ekskursiyaları da yaddaqalan olub.

Düşərgədə ünsiyyət bacarıqları, natiqlik və fərdi inkişaf təlimləri, eyni zamanda “Azərbaycanı tanı” yarışması da təşkil edilib.

Düşərgə iyulun 14-ə kimi davam edəcək.

news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Daxili İşlər Nazirliyi işçi axtarır

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi