Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı cüdoçu Asiya açıq kuboku yarışında bürünc medal qazanıb

news photo

19.07.2019 09:47 // İdman

Qazaxıstanın Aktau şəhərində cüdo üzrə Asiya açıq kuboku yarışına start verilib.

Azərbaycan Cüdo Federasiyasından Youthportal.az-a verilən məlumata görə, əvvəlcə 60, 66 və 73 kiloqram çəki dərəcələrində mübarizə aparan kişi cüdoçular tatami üzərinə çıxıblar. Beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçusu Yaşar Nəcəfov yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz 3-cü yer uğrunda görüşdə Tacikistan idmançısı Dövlətəli Nəzərəliyevi məğlub edib.

Qeyd edək ki, Aktau turnirində 11 ölkədən 175 cüdoçu mübarizə aparır. Asiya kuboku yarışına iyulun 19-da yekun vurulacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Havanın temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi