Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı beynəlxalq təşkilatda idarə heyətinə seçildi

news photo

30.05.2018 12:29 // Gənclər üçün

Moskvada "Nə?Harada?Nə Zaman?" oyunu üzrə Beynəlxalq Klublar Assosasiyasının konqressi keçirilib. Hər il baş tutan bu tədbir yaxın və uzaq ölkə intellektualları birləşdirən ən əhəmiyyətli hadisə hesab olunur. Beynəlxalq Klublar Assosasiyası dünyanın 30 ölkəsində intellektual hərəkatı koordinasiya edir, beynəlxalq tədbirləri lisenziyalaşdırır və "Nə?Harada?Nə Zaman?" oyunu üzrə klubların inkişafına dəstək olur. 

Konqress zamanı Beynəlxalq Klublar Assosasiyasının İdarə Heyətinə seçkilər də keçirilmişdir. 

Təşkilatdan Youthportal.az-a bildirilib ki, Assosasiyasının 30 illik tarixi ərzində ilk dəfə olaraq İdarə Heyətinə azərbaycanlı nümayəndə Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri Faiq Hüseynov seçilib.

Faiq Hüseynov bu hadisə barədə fikirlərini bizlərlə bölüşüb:

- Mənim Beynəlxalq Klublar Assosasiyasının İdarə Heyətinə seçilməyim Azərbaycanda intellektual oyunların tanınmasında və beynəlxalq turnirlərin təşkilindəki çoxillik işimin qiymətləndirilməsidir. Mən bu sahədə olan fəaliyyətimi davam etdirməyi planlayıram. Belə ki, yaxın vaxtlarda, daha dəqiq iyunun əvvəllərində Bakıda intellektual oyunlar üzrə "Caspian Cup" adlı beynəlxalq tədbir keçiriləcək. 

Biz isə öz növbəmizdə Faiq Hüseynovu təbrik edir və ümid edirik ki, bu yeni təyinat intellektual oyunların təkcə Azərbaycanda deyil, həmçinin digər ölkələrdə də inkişafına səbəb olacaq.

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi