Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı atletlər Minskdə keçiriləcək beynəlxalq yoldaşlıq turnirində mübarizə aparacaqlar

news photo

20.02.2019 13:14 // İdman

Atletlərimiz fevralın 26-27-də Minsk keçiriləcək beynəlxalq yoldaşlıq turnirində iştirak edəcəklər.

Youthportal.az xəbər verir ki, turnirdə ölkəmizi Günel Hüseynova, Lamiyə Vəliyeva, Fəxriyyə Tağızadə, Yelena Pextireva, Sabrina Zralova, Teymur Salahzadə, Rüstəm Məmmədova, Ramiz Məlikov, Fizuli Talıbov və Aydın Bədəlov təmsil edəcəklər. Atletlərimiz turnirdə qaçış (60 m, 200 m, 400 m, 4x200m estafet), uzunluğa, hündürlüyə, üçtəkanla tullanma və nüvəitələmə yarışlarında məharətlərini nümayiş etdirəcəklər.

Milli komandamız baş məşqçi Nazim İsrafilov və Teymur Qasımovun rəhbərliyi ilə mübarizə aparacaq.

Turnirdə yarışların idarə olunmasında ölkəmizi respublika dərəcəli hakim, atletika üzrə Azərbaycan hakimlər kollegiyasının sədr müavini Ceyhun Hüseynov və Kənan Məhərrəmov təmsil edəcəklər.

Xatırladaq ki, I Avropa və IV İslam Həmrəyliyi oyunlarında atletika yarışları üzrə baş hakimin müavini olan K.Məhərrəmov iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalında da baş hakim kimi çalışacaq.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi