Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib

news photo

16.08.2019 12:57 // Təhsil

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumunda iştirak edib.

AMEA-dan Youthportal.az-a bildirilib ki, alim “Xəzər regionunda elmi tədqiqatlar sahəsində əməkdaşlıq” mövzusunda keçirilən sessiyada “Xəzər regionunda neft və qaz obyektlərinin istismarının təhlükəsizliyi problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Akademik məruzəsində neft və qaz obyektlərinin kommunikasiya və infrastrukturunun istismarının təhlükəsizliyini təmin edən intellektual sistemlərin yaradılması, güclü qasırğa küləkləri və seysmik proseslər zamanı neft-qaz obyektlərinin texniki vəziyyəti və s. məsələlərlə bağlı məlumat verib. Telman Əliyev çıxışında Şərq-Qərb nəqliyyat koridorunda logistika problemlərinin həllində kommunikasiya və infrastrukturun təhlükəsizliyi problemlərinə də xüsusi diqqət yetirib.

Məruzə tədbir iştirakçılarında böyük maraq doğurub və qaldırılan məsələlərin aktuallığı qeyd olunub. Azərbaycanlı alim, həmçinin ölkənin kütləvi informasiya vasitələrinə və Türkmənistan televiziyasına müsahibə verib.

Qeyd edək ki, İkinci Xəzər İqtisadi Forumunun Rusiyanın Həştərxan şəhərində keçirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi