Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın yunan-Roma güləşçiləri Təxti Kubokunda çıxış edəcək

news photo

22.01.2019 15:49 // İdman

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İranın paytaxtı Tehranda keçiriləcək Təxti Kubokuna qatılacaq.   

Federasiyanın mətbuat xidmətindən Youthporal.az-ta verilən məlumata görə, yanvarın 24-də start götürəcək yarışda 10 pəhləvan mübarizə aparılacaq. Yığmanın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) çıxış edəcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirə III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov da yollanacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi