Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın U-19 komandası norveçli həmyaşıdları ilə qarşılaşacaq

news photo

09.10.2019 16:12 // İdman

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Youthportal.az xəbər verir ki, Çexiyanın Frydek-Mistek şəhərindəki Stovky stadionunda saat 17:00-da başlayacaq oyunda komandamız Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Oyunu xorvatiyalı baş hakim Fran Joviç idarə edəcək. Ona həmyerlisi Hrvoje Radiç və çexiyalı Radim Dresler kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jan Petrik (Çexiya) yerinə yetirəcək.

Yığmamız oktyabrın 12-də Çexiya, üç gün sonra isə San-Marinonun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi