Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın U-17 millisi belaruslu həmyaşıdları ilə qarşılaşacaq

news photo

19.09.2019 12:06 // İdman

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.

Youthportal.az AFFA-ya istinadla xəbər verir ki, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında saat 17:00-da başlayacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Hidayət Feyzullayev və Şirmamed Mamedov yan-xətt hakimi olacaqlar. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.

Komandalar arasında sentyabrın 21-də Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyunda isə baş hakim Cavid Cəlilov olacaq. Ona Rəhman İmani və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim Tural Qurbanov olacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi