Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın U-17 komandası qazaxıstanlı həmyaşıdları ilə qarşılaşacaq

news photo

19.11.2019 12:59 // İdman

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.

Youthportal.az xəbər verir ki, yığmamız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 16:00-da başalayacaq oyunu ukraynalı baş hakim Denis Şurman idarə edəcək. Ona Viktor Matyaş (Ukrayna) və yunanıstanlı Konstantinos Triantafyllou kömək edəcəklər. Dördüncü hakim funksiyasını Stefanos Koymparakis (Yunanıstan) yerinə yetirəcək.

Millimiz ilkin seçmə mərhələ çərçivəsində Yunanıstan yığmasına 1:6, Almaniya komandasına isə 0:2 hesabı ilə məğlub olub.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi