Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın U-17 komandası beynəlxalq turnirə hazırlaşır

news photo

22.08.2019 11:45 // İdman

On yeddi yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.

Youthportal.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq.

Millimiz avqustun 26-da İsrail, bir gün sonra Ukrayna, ayın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.

Hazırlıq prosesində Elgün Bayramov (“Neftçi”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Samir Həsənov (“Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo (“Moskva”, Rusiya), Ülvi Mədətov (“Qəbələ”), Zöhrab Əsədov (“Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Elnur Mirzəyev (“Zirə”), Rauf Rüstəmli (“Qəbələ”), Əbil Əbilov (“Keşlə”), Vüsal Qəmbərov (“Sabah”), Musa Musazadə (“Qarabağ”), Arif Məmmədov (“Səbail”), Vüsal Əliyev (“Zirə”), Kamal Kazımov (“Keşlə”), Nicat Quliyev (“Səbail”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”), Rəvan Nağıyev (“Neftçi”) və Vaqif Həsənov (“Keşlə”) iştirak edirlər.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi