Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın turizm potensialı Hindistanın 3 böyük şəhərində təbliğ olunacaq

news photo

21.08.2019 13:56 // Cəmiyyət

Sentyabrın 9-dan 13-dək Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Delhi, Benqaluru və Mumbay şəhərlərində silsilə təqdimatlar təşkil ediləcək.

Dövlət Turizm Agentliyindən Youthportal.az-a bildirilib ki, "Azerbaijan-India Roadshow on Travel Trade" adlı tədbirdə Azərbaycandan 16, Hindistandan 100-ə yaxın turizm şirkəti iştirak edəcək.

Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış təşkilatlar arasında B2B (Biznesdən-biznesə) xarakterli görüşlər baş tutacaq və gələcək tərəfdaşlıq üçün ikitərəfli müzakirələr aparılacaq.

Təqdimatlar çərçivəsində Hindistan turizm şirkətlərini Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlandırmaq və maraq doğuran sualları cavablandırmaq məqsədilə mətbuat konfransı təşkil olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi