Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın tanınmış xanımları 8 martla əlaqədar yeni kampaniyaya qoşulublar – Mənə kitab hədiyyə et! - Foto

news photo

05.03.2015 18:45 // Cəmiyyət

Azərbaycanın tanınmış xanımları “Əli və Nino” mağazalar şəbəkəsinin 8 martla əlaqədar kampaniyasına qoşulublar.

Youthportal.az xəbər verir ki, xanımlar “Əzizim, mənə 8 marta gül yox, ətir yox, kitab hədiyyə et!” kampaniyasına dəstək veriblər.

“Əli və Nino” mağazalar şəbəkəsi bununla bağlı sosial şəbəkələrdə çağırış edib.

“Əgər hədiyyə almaq istəyirsizsə öz sevdiklərinizə kitab hədiyyə edin, hisslərinizi kitabla ifadə edin. Kitab hədiyyələrin ən dəyərlisidir. Ən önəmlisi isə Azərbaycanda kitab hədiyyə etmək mədəniyyətini inkişaf etdirin. İnsanlar ancaq oxumaqla kamilləşə bilərlər.

Güllər vaxt keçdikcə sola, ətir isə tükənə bilər. Yalnızca dərin hisslərlə hədiyyə olunmuş kitab, uzun illər keçsə də hər zaman yanınızda olacaq, səmimi xatirələri yada salacaq. Aksiyaya dəstək olaq. Kitab oxumaq hər zaman dəbdə olsun!”-deyə kampaniyaya qoşulanlar bəyan ediblər.

news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 34 dərəcə isti olacaq

Kolleclərə ixtisas seçimi davam edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi