Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın şimal-qərb bölgəsində “Avropa İttifaqı avtobus turu 2017” layihəsi həyata keçiriləcək

news photo

12.09.2017 13:29 // Cəmiyyət

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi yerli icra hakimiyyətlərinin dəstəyi ilə sentyabr ayında şimal-qərb bölgəsində, o cümlədən Şəkidə tədbirlər silsiləsi planlaşdırır. Sentyabrın 19-dan başlayaraq 1 həftə ərzində müxtəlif şəhərlərdə 10-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub.

“Avropa İttifaqı avtobus turu 2017” layihəsi çərçivəsində keçiriləcək tədbirlər İsmayıllı, Qax, Zaqatala və Şəki rayonlarını əhatə edəcək. Layihənin əsas məqsədi Azərbaycanın regionlarında insanları Avropa İttifaqı barədə məlumatlandırmaq və mədəniyyəti ilə daha yaxından tanış etmək, həmçinin yerli sakinlərin Avropa haqqında fikirləri ilə tanış olmaqdır.

Tədbir çərçivəsində İsmayıllı Peşə Təhsil Məktəbinin tələbələri üçün kulinariya və qonaqpərvərlik mövzusunda seminar, Qaxda E. Babayev adına 4 saylı məktəbdə 7-14 yaşlı uşaqlar arasında “Mənim Avropam” adlı rəsm müsabiqəsi, Zaqatalada Azərbaycan Dövlət İqtisad Universitetində tələbələr, kiçik və orta biznes nümayəndələri üçün master-klaslar təşkil olunacaq.

“Aİ avtobus turu”nun əsas dayanacağı olan Şəkidə 2 gün ərzində müxtəlif sosial, mədəni və təhsilyönümlü tədbirlər – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının kitabxanasında Aİ kitab guşəsinin açılışı, Avropa İttifaqı–Azərbaycan əlaqələri haqqında treninq, ingilis dili müəllimləri üçün “British Council” təşkilatının təlimçisinin iştirakı ilə vorkşop, səfirlərin iştirakı ilə “Tolerantlıq” mövzusunda tələbələrin təqdimatı və debatı olacaq, həmçinin uşaq evində də tədbirlər keçiriləcək.

Qeyd edək ki, “Aİ avtobus turu” çərçivəsində Avropa İttifaqının nümayəndəliyi regionun ən qədim teatrlarından biri olan Şəki Dövlət Teatrının 135 illiyinə hədiyyə olaraq Hans Kristian Andersenin “İmperatorun yeni paltarları” adlı nağılın səhnələşdirilməsinə də dəstək verib.

Tədbirlər silsiləsi “Yuxarı Baş” (Şəki Xan Sarayı) Dövlət Tarix-Memarlıq Qoruğunda Şəki sakinləri üçün əyləncəli Avropa sərgisi və açıq hava konserti ilə yekunlaşacaq. Konsertdə Azərbaycanın məşhur müğənnilərinin, “Səs Azərbaycan” və “Eurovision” yarışmasının iştirakçılarının çıxışları nəzərdə tutulub.

“Avropa İttifaqı avtobus turu” layihəsi artıq ikinci ildir təşkil olunur, 2016-cı ildə Gəncə şəhərini və ətraf rayonları əhatə edib.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi