Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın qadınlardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

news photo

05.03.2019 15:40 // İdman

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadınlardan ibarət millisinin heyəti açıqlanıb. 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, yarışda yığmanın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatında qadınlar 6 - 8 martda çıxış edəcəklər. Kişilərin mübarizəsində bu gün yunan-Roma güləşçiləri Ziyad Zeynalov (55 kq) və Nəsir Həsənov (77 kq) bürünc medal üçün təsəlliverici görüşlərə çıxacaq. 

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Atəşkəs 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi