Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın Ordu Tarixi Milli Animasiya Filmi təqdim edildi

news photo

24.01.2019 11:41 // Cəmiyyət

“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə cari ilin yanvar – may aylarında “Azərbaycan Ordu Tarixi Milli Animasiya Filminin hazırlanması və təqdim olunması” adlı layihə həyata keçiriləcəkdir. 

Yoouthportal.az Gənclər və İdman Nazirliyinin rəsmi səhifəsinə istinadla xəbər verir ki, Azərbaycan xalqının vətənin müdafiəsi uğrunda hərbi qəhrəmanlığının qədim və zəngin tarixi vardır. Bu baxımdan, məhz Azərbaycanın hərb tarixini qədim və müasir elementləri birləşdirərək gənclərə və ictimaiyyətə təqdim etmək olduqca vacibdir. Beləliklə, Azərbaycan tarixinin qəhrəmanlıq və zəfər tarixinin səhifələrini orta əsrlərdən müasir dövrə qədər olan tarixə kimi özündə əks etdirəcək qısa metrajlı “Azərbaycanın Ordu tarixi Milli Animasiya Filmi”nin hazırlanması və ictimaiyyətə sosial media və müxtəlif təqdimatlar vasitəsi ilə geniş şəkildə təbliğ olunması layihənin başlıca ideyasıdır. Hazırlanacaq bu animasiya  Filmi Azərbaycan tarixində kinematoqrafiya sahəsində atılmış yeni bir addım olacaq, yerli və dünya ictimaiyyətinə təqdim olunaraq, Azərbaycan xalqının qədim bir xalq olduğu təbliğ olunacaq. Azərbaycan yaradıcı gəncləri də  cəlb olunaraq hazırlanacaq bu Film Azərbaycanın şanlı hərb tarixini 15 dəqiqədə xüsusi animasiya effektləri ilə 3D formatında hazırlanacaq hərb səhnələri ilə və xüsusi səsləndirmələr ilə təsvir edəcəkdir. Məqsəd yerli və beynəlxalq ictimaiyyətə Azərbaycanın hərb tarixini orta əsrlərdən müasir dövrə kimi  15 dəqiqə ərzində onların diqqətinə çatdırmaqdır. Filmin hazırlanmasında Azərbaycanın tanınmış tarixçiləri və bu sahə üzrə mütəxəssislər cəlb olunacaqdır.

Layihə çərçivəsində “Azərbaycanın Ordu tarixi Milli Animasiya Filmi”nin Bakı şəhərində seçilmiş Gənclər Evində gənclərin iştirakı ilə ictimaiyyətə təqdimatının keçirilməsi nəzərdə tutulur. Təqdimat zamanı Azərbaycan Ordu tarixi barədə gənclərlə müzakirələr aparılacaq və filmin daha da təkmilləşdirilməsi və yekun versiyasının hazırlanmasında istifadə olunacaqdır. Təqdimatların əyləncəli hissəsi zamanı isə gənclər üçün viktorinalar təşkil olunacaqdır. Filmin təqdimatı zamanı Azərbaycanın hərb tarixinə aid viktorinalar təşkil etməklə gənclərin ordu tarixi barəsində bilik və bacarıqlarını gücləndiriləcək. Viktorina qaliblərinə xüsusi hədiyyə və mükafatlar təqdim olunacaqdır.

 Diqqətinzə çatdırmaq istərdik ki, təşkilatımız tərəfindən keçən il “Azərbaycan Tarixi 10 dəqiqədə” adlı animasiya filmi də hazırlanmış və ictimaiyyətin diqqətini və marağını bu filmə cəlb edə bilmişdir. Filmlə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://youtu.be/8K4SMySqJsQ 

İnanırıq ki, hazırlanacaq yeni film - “Azərbaycanın Ordu tarixi Milli Animasiya Filmi” də ölkəmizdə hökm sürən yüksək hərbi-vətənpərvərlik əhval-ruhiyyəsinə öz müsbət tövhəsini verəcəkdir.   

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi