Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın nümayəndə heyəti Türkiyənin gənclər sahəsindəki təcrübəsi ilə tanış olub (FOTO)

news photo

14.08.2018 14:43 // Gənclər üçün

Türkiyənin Gənclər və İdman Nazirliyinin dəvəti əsasında Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) icraçı direktoru Fərid Cəfərov, Gənclər Fondunun və Prezident Administrasiyasının əməkdaşlarından ibarət nümayəndə heyəti bu ölkəyə səfər edib.

AZGF-dən Youthportal.az-a bildiriblər ki, səfərin məqsədi Türkiyənin gənclər siyasəti sahəsində son dövrlərdə əldə etdiyi uğurlarla tanış olmaq, təcrübə mübadiləsi aparmaq və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etmək idi.

Gənclər və İdman Nazirliyində keçirilmiş görüşlərdə Türkiyədə gənclərin asudə vaxtının təşkili, onların hərtərəfli inkişafının dəstəklənməsi, gənclərin təşəbbüslərinin maliyyələşdirilməsi, gənclər mərkəzlərinin fəaliyyəti, tələbələrin yataqxana təminatı və digər istiqamətlər barədə təqdimatlar keçirilib. Gənclərlə iş sahəsində çalışan dövlət qurumlarının qarşılıqlı fəaliyyəti və bu sahədə qüvvədə olan qanunvericilik barədə məlumat verilib.

Səfər çərçivəsində, həmçinin Ədalət və İnkişaf Partiyasının (AKP) gənclər bölməsinin rəhbəri, deputat Ahmet Büyükgümüş və Xaricdəki Türklər və Qohum Millətlər İdarəsinin rəhbəri Abdullah Eren ilə görüşlər keçirilib, eləcə də Kırşehir Ahi Evren gənclər düşərgəsi və Ankarada yerləşən Batıkent Gənclər Mərkəzi ziyarət edilib.

Görüşlər zamanı Azərbaycan Respublikası Gənclər Fondunun fəaliyyət istiqamətinə uyğun olaraq, gənclərin asudə vaxtının səmərəli təşkili, xaricdə təhsil, tələbələrin yataqxana təminatı, iki ölkə arasında gənclər mübadiləsi, ortaq tarixi və mədəni günlərlə əlaqədar tədbirlərin təşkili və digər sahələrdə əməkdaşlıq etmək barədə razılıq əldə olunub.

news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Ətrafa dağılan obyektləri yığan robot

Atəşkəs 26 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi