Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın Müdafiə naziri NATO-nun toplantısında iştirak edəcək

news photo

24.10.2019 14:33 // Siyasət

Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasina töhfə verən ölkələrin Müdafiə nazirləri səviyyəsində NATO-nun Mənzil-Qərargahında keçiriləcək iclasda iştirak etmək üçün oktyabrın 24-də Brüsselə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Youthportal.az-a bildiriblər ki, oktyabrın 25-də keçiriləcək iclasda Əfqanıstanda təhlükəsizlik və siyasi vəziyyət, əldə olunan son nailiyyətlər və maraq doğuran digər mövzular ətrafında geniş müzakirələr aparılacaq.

Səfər çərçivəsində Müdafiə nazirinin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi