Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın kişi cüdoçuları dünya çempionatına qələbə

news photo

30.08.2017 15:16 // İdman

<p>Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu ilk görüşlərini keçirib. </p>

<p>Kişilərin mübarizəsində hər iki Avropa çempionu 1/32 final görüşlərini qələbə ilə başa vurub. Rüstəm Orucov kosovalı Akil Qyakovanı 1 dəqiqə 59 saniyəyə, Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziatini 1 dəqiqə 39 saniyəyə yenib. Orucov 1/16 finalda fransalı Pyer Dupranı, Heydərov Alexandru Rakunu (Rumıniya) sınağa çəkəcək. </p>

<p>Qadınların yarışında isə 1/32 finalda Səkinə Zayirova slovakiya Viktoriya Mayorosovaya, İçinxorlo Munxtsedev isə ispaniyalı Xayone Ekuisoayna uduzaraq mübarizəni dayandırıb.</p>

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi