Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın «Как По Маслу»! komandası İsrailin Gülüş Liqasını qazanıb (FOTO)

news photo

29.11.2019 11:16 // Cəmiyyət

«Как По Маслу»! Azərbaycan komandası Aşdod şəhərində keçirilən İsrail Gülüş Liqasının ikinci mövsümünün qalibi olub.

Youthportal.az xəbər verir ki, bu, Azərbaycanın Gülüş Liqasının beynəlxalq layihəsindəki ilk böyük uğurudur.

Finalda «Я так и знала» (Hayfa, İsrail) - məşqçi Qleb Timoşenko (Xarkov, Ukrayna), «Сборная разных городов» (İerusalim, Aşdod, Hayfa, İsrail) – məşqçi Aleksandr Stepanenko (Xmelniktskiy, Ukrayna) «Изюмовы» (Kiyev, Poltava, Ukrayna) – məşqçi Sergey Sivoxo (Kiyev, Ukrayna) «Как по маслу» (Bakı, Azərbaycan) – məşqçi Marina Ostrovkaya (Aşdod, İsrail) komandaları iştirak edirdilər.

Festivalın aparıcıları Aleksandr Androsov və Aleksandr Manayev idilər.

Qeyd etmək lazımdır ki, «Как по маслу» komandası bir il əvvəl Ukraynanın ən reytinqli “1 + 1” kanalında Gülüş Liqası yumor şousunda səyahətə başladı, bu layihədə ilk ölkə təmsilçisi oldu və bu gün Azərbaycanı beynəlxalq yumor arenasında təmsil edən yeganə Azərbaycan komandasıdır. Həmçinin 9 noyabrda Kiyev şəhərində keçirilən “Qış Kuboku”nda komandamız, “Liqa Smexa 2019 Ən yaxşı səhnəciyi” nominasiyası üzrə kubok qazandı.

news photo news photo news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi