Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycanın ipək incisi” yaradıcılıq müsabiqəsi elan olunub

news photo

08.01.2019 10:42 // Cəmiyyət

“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və Mədəniyyət Nazirliyi 18-29 yaş kateqoriyasında olan gənc, istedadlı dizayner və rəssamlar üçün “Azərbaycanın ipək incisi” adlı yaradıcılıq müsabiqəsini elan edib.

Nazirlikdən Youthıportal.az-a bildirilib ki, milli naxış və ornamentlər mövzusuna həsr olunan müsabiqə gənc, istedadlı rəssam və dizaynerlərə dəstək olmaq, onları tanıtmaq, eyni zamanda Azərbaycanın bu qədim sənət növünü yaşatmaq məqsədini daşıyır.

Müsabiqədə iştirak etmək arzusunda olanlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə kəlağayı üçün nəzərdə tutulmuş eskiz nümunələrini A4 ölçülü kağız üzərində işləməklə fevralın 15-dək musabiqe@aicojsc.com elektron ünvanına göndərməlidirlər.

İlk üç yerin qalibləri pul mükafatı, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti və Mədəniyyət Nazirliyi tərəfindən diplom və sertifikatlarla təltif olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs 23 dəfə pozulub

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda Novruz bayramı qeyd edilir

Ceki Çan "Alpinistlər" filmində

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi