Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycanın inkişafı gənclərin obyektivində” adlı foto müsabiqə

news photo

31.05.2019 13:35 // Gənclər üçün

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyilə “Gilavar” Azərbaycan Foto Klubu “Azərbaycanın inkişafı gənclərin obyektivində” adlı foto müsabiqə elan edir. 15 iyun Milli Qurtuluş gününə həsr olunan müsabiqənin məqsədi müstəqillik dövründən sonrakı dövrlərdə paytaxt Bakının və bölgələrin sosial-iqtisadi inkişafını, Azərbaycanın müxtəlif sahələrdə qazanılan nailiyyətlərini, mədəniyyət və idman sahəsində əldə edilən uğurlarını fotolar vasitəsi ilə diqqətə çatdırmaqdır.

Youthportal.az xəbəır verir ki, foto müsabiqə 14-29 yaş arası həvəskar və peşəkar azərbaycanlı gənc fotoqraflar arasında keçirilir. Müsabiqəyə təqdim olunan fotolar fotoaparat vasitəsi ilə çəkilməli və mövzunu özündə əks elətdirməlidir. Müsabiqəyə fotoların qəbulu 13 iyun 2019-cu il tarixinə qədər davam edir. 

Fotoların seçilməsi peşəkar fotoqraflar tərəfindən düzgün, obyektiv və şəffaf şəkildə aparılacaq. Qiymətləndirilmə zamanı hər bir münsif təqdim etdiyi ballara görə öz fikrini əsaslandırmalı olacaq və bütün bu proses video lentə alınacaq. Əgər bir fotoqrafın bir neçə fotosu yüksək bal toplayarsa, o zaman yalnız ən yüksək pillə tutmuş fotoya mükafat təqdim olunacaq.

6 ən yaxşı iş (1-ci yer 1 nəfər, 2-ci yer 2 nəfər, 3-cü yer 3 nəfər) seçiləcək və 18 iyunda təşkil olunacaq tədbirdə qalib və mükafatçılara pul mükafatı və diplomlar təqdim olunacaq. Seçilmiş fotolardan ibarət sərginin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, bir neçə beynəlxalq foto müsabiqənin keçirilməsində və fotoların qiymətləndirilmə prosesində təcrübəsi olan “Gilavar” Azərbaycan foto klubu 2017-ci dekabr ayında yaradılıb. Foto klub ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq və onların imkanlarından istifadə etmək, bu sahəyə maraqlarının artırılmasına, beynəlxalq fotomüsabiqələrdə iştirakına dəstək vermək və ölkəmizi fotolar vasitəsilə dünyada tanıtmaq məqsədilə yaradılıb. Foto klubun üzvləri tərəfindən çəkilən fotoşəkillər beynəlxalq foto müsabiqələrdə Azərbaycan fotoqrafiyası adına 100-ə yaxın müxtəlif dərəcəli mükafatlar, o cümlədən qızıl, gümüş və bürünc medallar, xüsusi diplomlar qazandırıb, dünyanın 30-dan artıq ölkəsində sərgilənib.

Müsabiqənin şərtləri:

 

  • Foto müsabiqə 14-29 yaş arası həvəskar və peşəkar gənc fotoqraflar arasında keçirilir
  • Foto şəkillər JPEG formatda, uzun tərəfi 1500 piksel olmalıdır. Fotolargilavar.net@gmail.com email ünvanına məzmun yerində müsabiqə yazılaraq göndərilməlidir.
  • Əlavə olunmuş faylda iştirakçılar adları, yaşları, peşələri, əlaqə vasitələri, foto şəklin çəkildiyi yer, işin adı, foto şəkil barədə qısa məlumat təqdim etməlidirlər.
  • Müəlliflər təqdim etdikləri fotoların onlara məxsus olduğunu təsdiq etməlidirlər. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququna malikdirlər.
  • Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə (real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir).
  • Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür.
  • Fotolar kodlaşdırılaşdırılaraq münsiflər heyətinə anonim təqdim olunacaq.
  • Başqa müəllifə aid, internetdən və ya digər mənbələrdən mənimsənilmiş fotolar qəbul edilmir.
  • Mənəvi, etik normaları pozan, zorakılığı və insan psixologiyasına mənfi təsir edən digər səhnələri əks etdirən fotolar qəbul edilmir.
  • 1 müəllif maksimum 3 foto təqdim edə bilər.
  • Mükafata layiq görüləcək fotolar böyük formatda müəlifdən sərgi üçün tələb olunacaq.

İlk üç yerin qalibləri aşağıdakı məbləğdə mükafatlandırılacaqlar:

I yer – 300 manat; II yer – 200 manat; III yer – 100 manat.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi