Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın “Eurovision 2019”dakı təmsilçisinin tanıtım çarxı çəkilib (VİDEO)

news photo

23.04.2019 12:56 // Cəmiyyət

Azərbaycanı “Eurovision 2019” mahnı müsabiqəsində təmsil edəcək Çingiz Mustafayevin tanıtım çarxının çəkilişləri yekunlaşıb.

Bu barədə Youthportal.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

“Arzulamağa qərar ver: rəqs et” mövzusundakı video çarx Azərbaycan və İsrail dostluğu ilə yanaşı, müsabiqə iştirakçılarının birliyini də nümayiş etdirir. Bildirilib ki, müxtəlif və biri-birindən gözəl məkanlarda reallaşan çəkiliş prosesi maraqlı xatirələrlə yadda qalıb.

Qeyd edək ki, Çingiz Mustafayev Təl-Əvivdə keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində Azərbaycanı “Truth” (Həqiqət) adlı mahnı ilə ikinci yarım finalda 18-ci nömrə ilə təmsil edəcək.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bakıda ilk dəfə “Port Festival” keçirilir

“Almaz” nümayiş ediləcək (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi