Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın ən güclü yeniyetmə samboçuları müəyyənləşib

news photo

14.02.2020 12:27 // İdman

Fevralın 13-də Bakı İdman Sarayında sambo üzrə yeniyetmələr, gənclər və kişilər arasında ölkə çempionatı və birinciliyi start götürüb. Yarışların birinci günündə yeniyetmə samboçuların Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

Youthportal.az xəbər verir ki, Elmaz Ələkbərov (48 kq), Adil Məmmədov (52 kq), Elvin Bağırov (56 kq), Kənan İsmayılov (60 kq), Elvin Əliyev (65 kq), İslam Tağıyev (70 kq), Əhməd Hüseynov (75 kq), Ruslan Səfixanov (81 kq), Rəsul Aydəmirov (87 kq), Elton Qənbərov (87 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pillələrində yer alıblar.

Qeyd edək ki, bu gün gənclər, fevralın 15-də isə kişilər ölkə birinciliyi və çempionatında mübarizəyə qoşulacaqlar. Yarışlarda ölkəmizin rayon və şəhərlərinin idman cəmiyyətləri və klublarından 500-ə yaxın idmançı medallar uğrunda yarışır.

 

Digər xəbərlər

Xəbər lenti

Koronavirusla bağlı rəsmi XƏBƏRDARLIQ

Atəşkəs 23 dəfə pozuldu

AzMİU-da Karyera sərgisi təşkil olunub

Qaradağlı faciəsindən 28 il ötür

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi