Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın ən gənc abituriyenti LƏnkəran Dövlət Universitetində qeydiyyatdan keçib.

news photo

21.08.2019 14:15 // Təhsil

2019-cu il üzrə Azərbaycan universitetlərinin ən gənc tələbəsi Lənkəran Dövlət Universitetində (LDU) təhsil alacaq. Lənkəran rayonunun Şilavar kənd sakini ,15 yaşlı Miryusif Feyzullazadə Lənkəran Dövlət Universitetinin turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.Bu gün 15 yaşlı gənc LDU-da qeydiyyatdan keçib.Ölkənin ən gənc tələbəsini təbrik edənlər arasında Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov da olub.Universitet rəsmisi yeniyetmə gənci qazandığı uğura görə təbrik edib və nə üçün məhz LDU-nu seçməsi ilə maraqlanıb.Miryusif Feyzullazadə Lənkəran Dövlət Universitetində son illərdə görülən çoxçaxəli işləri,təhsildə qazanılan uğurları yaxından izlədiyini deyib və bu ali təhsil ocağında yaradılan şəffaf,qərəzsiz mühitə,yaradıcı ab-havaya , tələbələrə obyektiv yanaşmaya görə professor Natiq İbrahimova minnətdarlıq bildirib və LDU tələbəsi olmağı ilə qürur duyduğunu deyib.15 yaşlı gənc seçdiyi ixtisası gələcəyin peşəsi adlandıraraq zəngin turizm potensialına malik cənub bölgəsində hazırkı durumda ixtisaslı turizm kadrlarına böyük ehtiyac duyulduğunu bildirib.

Qeyd edək ki,LDU tələbə qəbulu səviyyəsinə görə son illərdə ölkədə öncül yerlərdən birini tutur.Gənclərin seçimlərində LDU-ya üstünlük vermələri isə burada tədrisin səviyyəsinin yüksək olması,yeni ixtisasların açılması, modern yataqxananın inşa olunması,ən əsası isə, tədris prosesində şəffaf və obyektiv mühitin təmin edilməsidir. 

Xatırladaq ki,sənədlərin qəbulu avqust ayının 15-dən 27-dək hər gün(şənbə və bazar günləri istisna olmaqla) saat 9.00-17.00-dək universitetin əsas binasında keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi