Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın dəmir yollarında Avropa Oyunları ilə bağlı yeniliklər tətbiq ediləcək (FOTO)

news photo

24.04.2015 18:15 // İdman

Birinci Avropa Oyunlarına hazırlıq prosesi ərəfəsində dəmir yolunda da bir sıra mühüm işlər həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Dəmir yollarının və texniki qurğuların təmir-tikinti Departamenti tərəfindən Əmircan, Suraxanı, Bülbülə stansiyalarında və Mədəniyyət dayanacağında əsaslı təmir işləri aparılıb.

QSC-nin Mətbuat katibliyindən Youthportal.az-a verilən məlumata görə, eyni zamanda, Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatıb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq təlimatlandırılır. Birinci Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaqlar. Bununla əlaqədar Bakı vaqon deposunda briqada heyəti və bilet kassirlərinin ingilis dilini öyrənməsi üçün təlim kursları açılıb və qeyd edilən işçilər hazırda həmin kurslarda təlim keçirlər.

Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə əcnəbi turistlərin, idmançıların, qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılır və lazımi avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb.

Bununla yanaşı, sərnişin qatarlarına minik zamanı məlumat büroları, diktorlar və rəsmi nümayəndələr zalının növbətçiləri tərəfindən sərnişinlər arasında maarifləndirilmə işləri aparılır.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi