Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın beş güləşçisi Tbilisi Qran-prisinin finalına yüksəlib

news photo

08.08.2019 09:25 // İdman

Avqustun 7-də Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri turniri start götürüb.

Youthportal.az xəbər verir ki, birinci yarış günündə sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) və Şamil Zubairov (92 kq) finala yüksəliblər. Pərviz İbrahimov (61 kq) ilə Rəşad Yusifli (79 kq) isə bürünc medal uğrunda mübarizə aparacaqlar.Yunan-Roma güləşçilərimiz isə maksimum nəticəyə imza atıb. Belə ki, yığmamızın xalçaya çıxan hər üç üzvü finala vəsiqə qazanıb. Ölkəmizi 63 kiloqram çəki dərəcəsində təmsil edən Murad Məmmədovla Elman Muxtarov finalda üz-üzə gələcəklər. Digər finalçımız isə İslambek Dadovdur (72 kq).Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları bu gün keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi