Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanın 10 boksçusu Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

news photo

17.08.2018 17:00 // İdman

Avqustun 18-də Rusiyanın Qroznı şəhərində start götürəcək kişi boksçular arasında beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Youthportal.az-a verilən məlumata görə, Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan sayca 10-cu yarışda ölkəni 10 idmançı təmsil edəcək.

Yığmanın heyətində Qoşqar Səfərli (52 kq), Sərxan Əliyev (60 kq), Fərid Ağamoğlanov, Elvin İsayev, Niyaməddin Allahverdiyev (hər üçü 64 kq), Nicat Məmmədov (69 kq), İsmayıl Hüseynov (75 kq), Tural Həsənov, Rahil Məmmədli (hər ikisi 91 kq) və Məhəmməd Abdullayev (+91 kq) yer alıb.

Qeyd edək ki, milli səfərə bu gün yola düşəcək. Yarış avqustun 24-dək davam edəcək.

Digər xəbərlər

Xəbər lenti

Sabah Azərbaycanda yay fəsli başlayacaq

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi