Ru
Bakı
USD
EUR
GBP
RUB

“Azərbaycanım” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

news photo

17.05.2019 15:30 // Cəmiyyət

Mayın 20-də Bakı Xətai Sənət Mərkəzinin elan etdiyi “Azərbaycanım” adlı ikinci respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq. Sərgidə 12 yaşa qədər uşaqların 160 əsəri, 12-17 yaşarası uşaqların isə 170 əsəri nümayiş ediləcək. Bu barədə AZƏRTAC-a mərkəzin direktoru Zahid Əvəzov məlumat verib.

Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilirdi.

“Nəsimi ili” çərçivəsində gerçəkləşən müsabiqə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkişafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsası da doğma elə, Vətənə məhəbbəti aşılamaq məqsədilə təşkil olunmuşdu.

Sərgi çərçivəsində qaliblər diplomlarla təltif olunacaq.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlanıb

Nazir vətəndaşlarla görüşdü (FOTO)

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi