Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanı qalib et

news photo

07.10.2019 15:42 // Cəmiyyət

Azərbaycanın turizm brendinin tanıtım çarxı hazırda Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi təşkilatı tərəfindən həyata keçirilən müsabiqənin onlayn səsverməsində ikinci pillədədir.

Dövlət Turizm Agentliyindən Youthportal.az-a bildirilib ki, Azərbaycanın ilk pillədə yer alması, beləliklə, ölkəmizin turizm potensialının təbliği və daha geniş kütlə tərəfindən tanınması və dəyərləndirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu hər kəsdən dəstək gözləyir.

Oktyabrın 25-dək davam edəcək müsabiqədə ölkəmizi birinci etmək üçün https://www.cifft.com/film/azerbaijan-take-another-look/  linkinə keçid edərək hər hansı qeydiyyat tələb olunmadan “Vote” yazısına klik edə bilərsiniz.

“Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” adlı müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyana şəhərində “İnsanların seçimi” mükafatına layiq görüləcək.

Qeyd edək ki, 140 ölkənin qatıldığı müsabiqədə seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla 28 ölkənin film və videoçarxı mübarizə aparır.

news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Sumqayıtda fləşmob:Biz müstəqilik

Serbiyada təhsil təqaüd proqramı

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi