Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanı dünya çempionatında 3 ağırlıqqaldıran təmsil edəcək

news photo

10.09.2019 14:50 // İdman

Sentyabrın 18-də Tailandın Pattaya şəhərində start götürəcək ağırlıqqaldırma üzrə kişilər arasında 85-ci, qadınlar arasında 28-ci dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən Youthortal.az-a verilən məlumata görə, on gün davam edəcək yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında 3 idmançı çıxış edəcək. Səbinə Əzimova (55 kq) və Boyanka Kostova (59 kq) qadınların, Nailxan Nəbiyev (96 kq) kişilərin mübarizəsinə qatılacaq. 

Qeyd edək ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) iştirak edəcəyi yarış həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. 

Digər xəbərlər

Xəbər lenti

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi