Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda magistratura səviyyəsində yeni ixtisaslar olacaq

news photo

09.02.2017 13:49 // Təhsil

Azərbaycanda magistratura səviyyəsində yeni ixtisaslar olacaq.

Bununla bağlı Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişikliklər edib. Dəyişikliklə, “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”na İdman jurnalistikası və İdman tibbi və reabilitasiya ixtisasları əlavə olunub.

Belə ki, bundan sonra magistratura səviyyəsində İdman jurnalistikası ixtisası və İdman tibbi və reabilitasiya ixtisası da tədris olunacaq.

İndiyədək magistratura səviyyəsində jurnalistika sahəsi üzrə "Radiotelejurnalistika", "Beynəlxalq jurnalistika", "Mətbuat tarixi", "Jurnalistika nəzəriyyəsi", "Publisistik jurnalistika" ixtisasları tədris olunur. Bədən tərbiyəsi və idman sahəsi üzrə isə "Fiziki tərbiyə nəzəriyyəsi və metodikası" "İdman məşqinin nəzəriyyəsi və metodikası"və "Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya" ixtisası tədris olunurdu.

Dəyişikliklə magistra pilləsində tədris olunan Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat və reabilitasiya ixtisasının adı dəyişib. Belə ki, həmin ixtisas bundan sonra Bədən tərbiyəsi və idmanda tibbi-bioloji təminat adlanacaq.

Digər xəbərlər

Xəbər lenti

Məktəbdən peşəyə (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi