Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

news photo

16.11.2019 10:18 // Cəmiyyət

Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Youthportal.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi, lakin noyabrın 16-sı və 17-də gecə və səhər Böyük Qafqazın bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 4-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 9-13, dağlıq rayonlarda 5-9 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, lakin noyabrın 16-da gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 11-16 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə bəzi yerlərdə yağış yağacağı, noyabrın 16-da günün ikinci yarısında, 17-də, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 11-14 dərəcə isti təşkil edəcək.

Digər xəbərlər

Xəbər lenti

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi