Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək

news photo

06.12.2019 16:17 // Cəmiyyət

Dekabrın 17-dən 24-dək Azərbaycanda ilk dəfə Azərbaycan “Mədəniyyət” kanalının yeni layihəsi - klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək.

Youthportal.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalın əsas məqsədi Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılmasıdır.

Festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin öncül musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.

Festivalın Təntənəli bağlanış mərasimi dekabrın 24-də Heydər Əliyev Mərkəzində keçiriləcək.

Digər xəbərlər

Xəbər lenti

Sabahın hava proqnozu açıqlandı

Monqolustan Çinlə sərhədi bağladı

Fotoqraflar üçün növbəti müsabiqə...

Atəşkəs rejimi 24 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi