Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda beynəlxalq olimpiadaların qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimində qoyulan məhdudiyyət aradan qaldırılır

news photo

22.05.2018 15:33 // Siyasət

Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı qoyulan məhdudiyyət aradan qaldırılır.

Youthportal.az, bununla bağlı “Təhsil haqqında” qanunun 26-1-ci (Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları) maddəsinə dəyişiklik edilir.

Maddənin 5-ci bəndi yeni redaksiyada verilir: Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışarın qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Qüvvədə olan bənd isə belədir: Dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar. Bu olimpiadaların, beynəlxalq müsabiqələrin və yarışların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Digər xəbərlər

Xəbər lenti

Ucarda layihənin təqdimatı keçirildi (FOTO)

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi