Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb

news photo

04.06.2019 10:20 // Cəmiyyət

Azərbaycanda bayram günlərinə - iyunun 5-6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Youthportal.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 5-də hava günəşli olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 31-36° isti, Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

İyunun 6-da hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24°, gündüz 31-36°, Bakıda gecə 21-23°, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində - 761 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.

İyunun 5-6-da Abşeronun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 19-20° isti olacağı ehtimalı var.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda cənub-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 21-22° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında iyunun 5-6-da hava əsasən yağmursuz keçəcək. Lakin iyunun 5-də axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti, dağlarda gecə 16-21°, gündüz 25-30° isti olacağı bildirilir.

Digər xəbərlər

Xəbər lenti

İnstitut işçi axtarır

Milli qurtuluş, xalqın zəfəri...

Sabaha gözlənilən hava şəraiti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi