Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda 49 yaşlı abituriyent imtahan verəcək

news photo

28.06.2014 13:51 // Cəmiyyət

İyunun 29-da ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək.

Gün.Az-ın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadən verdiyi xəbərə görə, imtahanda iştirak etmək üçün 14923 abituriyent ərizə təqdim edib.

Onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir. 14380 abituriyent Azərbaycan bölməsi, 543 abituriyent isə rus bölməsi üzrə imtahan verəcək.

Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsil müəssisələrinin məzunları olmuş şəxslər, 14 nəfəri isə ali təhsilli şəxslərdir. 50 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il təvəllüdlüdür.

Qəbul imtahanı mərkəzləşmiş qaydada Respublikanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçiriləcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00 -da başlanacaq.

İmtahanda iştirak etmək üçün abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər.

Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özü ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əslini:

- İmtahana buraxılış vərəqəsini;

İmtahan 1 saat 30 dəqiqə ərzində aparılır və abituriyentlərə Ana dili və riyaziyyat fənlərinin hər birindən 30 sual (ümumilikdə 60 sual) təqdim olunur. Abituriyentin balları hesablandıqda hər düzgün cavab 1 balla qiymətləndirilir. Ümumi bal hər bir fənn üzrə toplanılan balların cəmi əsasında müəyyənləşir və toplanıla bilən maksimal bal 60-a bərabər olur.

İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcəkdir. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar.

Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Belə ki, həmin kateqoriyadan olan abituriyentlər kolleclərə qəbul olmaq üçün buraxılş imtahanından əlavə imtahan verməyəcəklər. Əlavə məlumatları “Abituriyent” jurnalının 3-cü sayından və TQDK-nın internet saytından öyrənmək olar.

Digər xəbərlər

Xəbər lenti

Cəbhədə atəşkəs 24 dəfə pozuldu

Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi