Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycanda 1700-dən çox müəllim iş yerini dəyişdi (FOTO)

news photo

19.06.2019 16:19 // Təhsil

Paytaxt məktəbliləri arasında ingilis dilində təqdimat müsabiqəsi keçirilib.

Müsabiqədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində ingilis dili resurs mərkəzləri yaradılan ümumi təhsil məktəblərinin şagirdləri iştirak ediblər.

BŞTİ-dən Youthportal.az-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin əldə etdikləri xarici dil və İKT biliklərini daha da möhkəmləndirmək, onlarda xarici dilin öyrənilməsinə marağı artırmaq və tədqiqatçılıq bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

Müsabiqədə şagirdlər seçdikləri mövzu barədə ingilis dilində təqdimatlarını 10 dəqiqə ərzində nümayiş etdiriblər. Qiymətləndirmə zamanı səsləndirilən fikir və ideyaların mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, düzgünlüyü və təqdimat üçün ayrılmış vaxta riayət edilməsi meyarları əsas götürülüb. Çıxışlar münsiflər heyəti tərəfindən 4 ballıq sistem üzrə qiymətləndirilib.

Münsiflər heyəti BŞTİ və “British Council” təşkilatının əməkdaşları və təlimçilərindən ibarət olub.

Müsabiqənin nəticəsinə əsasən, 245 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Səma Balıyeva I, 62 nömrəli məktəb-liseyin VIII sinif şagirdi Fərid Bəndiyev II, həmin məktəb-liseyin VII sinif şagirdi Mehriban Hüseynova isə III yeri tutub.

Qaliblər diplom, müsabiqə iştirakçıları isə “Tərifnamə”, hədiyyə kuponu və bədii kitablarla təltif ediliblər.

Qeyd edək ki, BŞTİ və “British Council” təşkilatının əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində - 45, 245, 189-190 nömrəli məktəb və 62 nömrəli məktəb-liseydə ingilis dili resurs mərkəzləri yaradılıb. Mərkəzlər Böyük Britaniyadan sifariş olunmuş kitablarla tam təmin olunub.

Cari ildə 245 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzindən sözügedən məktəblə yanaşı, Xətai rayonunda yerləşən 63, 86, 116, 254, 249 nömrəli tam orta məktəblər, 45 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzindən isə sözügedən məktəblə yanaşı, Nərimanov rayonunda yerləşən 39, 82, 178, 193, 212 nömrəli tam orta məktəblərin şagird-müəllim kollektivi də istifadə edib. 62 nömrəli məktəb-liseydə yaradılan resurs mərkəzindən sözügedən məktəblə yanaşı, Nizami rayonunda yerləşən 61, 214 nömrəli tam orta məktəblər və 220 nömrəli məktəb-lisey, 189-190 nömrəli tam orta məktəbdə yaradılan resurs mərkəzindən sözügedən məktəblə yanaşı, Səbail rayonundakı 91 nömrəli tam orta məktəb, Nəsimi rayonu 1 nömrəli tam orta məktəb, 16 nömrəli texniki-humanitar təmayüllü lisey və Yasamal rayonu 173 nömrəli tam orta məktəbin şagird-müəllim kollektivi də faydalanıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Çağırış Kuboku yubileyini qeyd edir

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi