Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycana 2018-ci ildə transfer olunmuş və ölkəni tərk etmiş futbolçuların sayı açıqlanıb

news photo

31.01.2019 13:06 // İdman

zərbaycanın 2018-ci ildə transfer əməliyyatlarında 13 klubu iştirak edib.

Youthportal xəbər verir ki, bu barədə FIFA-nın 2018-ci ilin yekunlarına dair hesabatında bildirilir. Belə komandaların sayı 2017-ci ildəki analoji göstərici ilə müqayisədə 35% azalıb.

Azərbaycan bu göstəricidə, Konqo DR, Ermənistan, Estoniya, Bəhreyn, Tanzanya və İranla birlikdə 96 - 102-ci yerləri bölüşdürür.

Siyahıya Braziliya başçılıq edir. Cənubi Amerika ölkəsinin 251 klubu transfer əməliyyatlarında iştirak edib. Bu isə ötən illə müqayisədə 1.2 faiz azdır. Almaniya 141 klubla ikinci (1.4% azalma), İspaniya isə 124 klubla (26,5 faiz artım) üçüncü pillədə qərarlaşıb.

Azərbaycan klubları 2018-ci ildə ümumilikdə 77 oyunçu transfer ediblər ki, bu da 2017-ci illə müqayisədə 30% azdır. Ölkə bu nəticə ilə 73-cü yerdədir. Azərbaycandan çıxan oyunçuların sayı isə əvvəlki illə müqayisədə 16 faiz çox - 58 olub. Ölkə bu göstəricidə isə 82 pillədə qərarlaşıb.

Qeyd edək ki, 2018-ci ildə xaricə ən çox oyunçu ixrac edən (832) və futbolçu cəlb edən (677) ölkə Braziliya olub. 

Digər xəbərlər

Xəbər lenti

“Koroğlu” operası nümayiş olunacaq

DİM abituriyentlərə müraciət edib

“Manqurt” nümayiş ediləcək

Sabah Bakıda 38 dərəcə isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi