Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Ukraynada beynəlxalq festivalla qeyd ediləcək

news photo

01.05.2018 16:25 // Siyasət

Ukraynanın İvano-Frankovsk şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı beynəlxalq festival keçiriləcək.

Youthportal xəbər verir ki, Ukraynadakı səfirliyimizin təşkilatçılığı ilə keçiriləcək beynəlxalq festival çərçivəsində mayın 3-də Azərbaycan rəssamlarının iştirakı ilə “Azərbaycan” adlı rəsm sərgisi açılacaq. Mayın 5-də Azərbaycanın mədəniyyət işçilərinin iştirakı ilə caz festivalı olacaq, eyni zamanda, Azərbaycana dair film nümayiş ediləcək. Festival çərçivəsində, həmçinin Azərbaycanın milli mətbəxini nümayiş etdirən yarmarka təşkil olunacaq. Mayın 6-da isə, festivalın bağlanış günü qala konsert keçiriləcək.

Ukraynanın Xarkov, Dnepr, Odessa və digər şəhərlərində də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqdimatlar, konfranslar keçiriləcək. Mayın 18-də isə Azərbaycanın Ukraynadakı səfirliyində rəsmi qəbul təşkil olunacaq.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Digər xəbərlər

Xəbər lenti

Sabah Bakıda 28 dərəcə isti olacaq

Atəşkəs 22 dəfə pozulub

Sabah 34 dərəcə isti olacaq

Gənclər “Tələbə baharı”na dəvət olunur

UNEC onlayn idarəetməyə keçdi

Azərbaycanda Novruz bayramıdır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi