Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Nyu-Yorkda qeyd edilib

news photo

10.04.2018 17:52 // Siyasət

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Youthportal-a bildiriblər ki, bayram tədbiri Nyu-Yorkda fəaliyyət göstərən Azərbaycan Amerika Qadın Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. İki yüzdən çox soydaşımızın iştirak etdiyi tədbirin fəxri qonaqları arasında Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri səfir Yaşar Əliyev, Bruklin şəhər merinin müavini xanım Lori Luis, Azərbaycandan olan yəhudi icmasının rəhbəri Yakov Abramov, icmanın fəalı Pinxas Avşalumov, “Mənim yolum” Uşaq İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova, “Bruklin-Bakı” Dostluq Cəmiyyətinin rəhbəri Marietta Rozental və başqaları olub.

Azərbaycan Amerika Qadın Cəmiyyətinin və Nyu-York Azərbaycan Evinin rəhbəri Münəvvər Vahabova Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu iki il ərzində qazandığı uğurlar haqqında iştirakçılara məlumat verib. O, Azərbaycanın dövlətçilik ənənələri haqqında danışaraq ölkəmizin hələ 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə demokratik dəyərləri nəinki bəyan etdiyini, öz praktik fəaliyyətində onları təmin etdiyini və bugünkü müasir Azərbaycanın həmin dövlətin varisi olduğunu vurğulayıb. Çıxış edən digər qonaqlar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə mühüm yeri və rolundan danışıblar.

Tədbir bədii proqramla davam edib. “Mənim yolum” Uşaq İnkişaf Mərkəzinin rəqs ansamblının, Azərbaycandan dəvət olunmuş müğənni Könül Kərimovanın, bəstəkar-ifaçı Cabbar Musayevin ifaları maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbər lenti

Bakıda külək əsəcək, yağış yağacaq

Sabaha olan hava proqnozu açıqlanıb

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi