Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan voleybolda yarımfinala yüksəldi

news photo

24.06.2015 17:00 // Bakı-2015

Dünən Bakı Kristal Zal 1-də baş tutmuş qadınlar arasında voleybol oyunlarında Azərbaycan Hollandiyanı məğlub edərək, yarımfinalçı adını qazanıb.

Azərbaycan ilk setin əvvəlində 7-1 hesabı ilə oyuna liderlik edib. Hollandiya yığmasının sərt cavablarına baxmayaraq, bu seti 25-21 xal hesabında başa vurub və ikinci setdə də 25-23 hesabı ilə üstünlüyünü qoruyub.

Davam edən gərgin mübarizənin sonuncu setində isə həmyerlilərimizdən ibarət yığma, hesabı 25-14 edərək, böyük üstünlüklə oyunu başa vurublar.

Qadınlardan ibarət voleybol komandasında favorit qolçu olan azərbaycanlı Polina Rahimova, oyundan sonra qazandıqları qələbə sevincini barədə belə deyib:

"Bu çox vacib bir oyun idi. Ya hər şey qazanacaqsan, ya da heç nə. Məqsədimiz medal qazanmaq idi və bizim bunu etməyə şansımız var. Yarışmağa davam edəcəyik."-Polina Rəhimova

Yarımfinal mərhələsi üzrə yarışların iyunun 25-i saat 19:30-da keçirilməsi nəzərdə tutulur və burada Azərbaycan Türkiyə ilə üz-üzə gələcək. Qeyd edək ki, otən gün qarşılaşdıqları A qrupu üzrə oyunlarda, Türkiyə Azərbaycan yığmasını 3-0 hesabı ilə məğlub etmişdi.

Qadınlar arasında baş tutmuş ikinci dörddəbir final oyununda 5 saat davam edən Serbiya ilə Belçika qarşılaşması, serbiyalıların 3-2 hesabında qələbəsi ilə yekunlaşıb.

Serbiyalı voleybolçulardan ibarət komanda, birinci setdə 25-22 xal ilə üstünlük əldə etsə də, ikinci setdə Belçika 25-19 hesabı ilə bərabərliyi təmin edib. Üçüncü setdə Serbiya 25-14 hesabı ilə yenidən önə keçməyi bacarıb. Lakin qarşı tərəf üstün oyun nümayiş etdirərək dördüncü setdə qələbəni öz xeyrinə, 25-21 hesabı ilə bitirib.

Belçikanın qalibiyyətindən məyus olmayan serbiyalı voleybolçular, beşinci setdə yenidən liderliyi ələ alıb və hesabı 19-17 edərək yarışı qələbə ilə yekunlaşdırıbar.

Qeyd edək ki, Serbiya, iyunun 25-də, saat 17:00-da keçirilməsi planlaşdırılan yarımfinal mərhələsində Polşa ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbər lenti

Atəşkəs rejimi 23 dəfə pozulub

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi