Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan velosipedçisi “Fatih Sultan Mehmet Kırklareli” turunda ikinci olub

news photo

14.10.2019 16:47 // İdman

Türkiyənin Edirne şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı “Fatih Sultan Mehmet Kırklareli” turu başa çatıb.

Youthportal.az xəbər verir ki, 130 kilometrlik marşrutu ilk 3 pillədə başa vuranlar arasında Azərbaycan yığma komandasının üzvü Samir Cəbrayılov da var. Məsafəni 3 saat, 9 dəqiqə, 36 saniyəyə bitirən S.Cəbrayılov fotofinişə əsasən ikinci nəticə göstərib. Yığmamızın digər üzvü Elçin Əsədov da lider qrupun içində yer alıb və 5-ci olub.

S.Cəbrayılov ikinci, E.Əsədov isə beşinci yeri tutmaqla Azərbaycan yığma komandasının aktivinə “Tokio 2020” Yay Olimpiya Oyunları üçün daha 45 xal (30+15) qazandırıblar.

Bu yarışdan bir gün öncə təşkil edilən “Fatih Sultan Mehmet Edirne” turunda S.Cəbrayılov ikinci, E.Əsədov isə altıncı olmaqla reytinqimizi daha 40 xalla (30+10) zənginləşdiriblər.

İki gün ərzində 85 lisenziya xalı qazanan yığma komandamız Beynəlxalq Velosipedçilər İttifaqının Olimpiya reytinqində xallarını 836-ya çatdırıb və 5 pillə irəliləməklə sıralamada 114 ölkə arasında 44-cü yerə qalxıb.

Türkiyə yarışlarını uğurla başa vuran komandamızın növbəti sınağı Malayziyada olacaq – baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Elçin Əsədov, Samir Cəbrayılov, Musa Mikayılzadə, Mikayıl Səfərli və Mahmud Məmmədovdan ibarət yığmamız oktyabrın 15-19-da 5 mərhələdən ibarət 2.1 kateqoriyalı “Peninsula” turunda iştirak edəcək.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabrın 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr “Tokio 2020” Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

Digər xəbərlər

Xəbər lenti

Virtual Reallıq dərsləri başlayır

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi