Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə təlimlər keçiriləcək

news photo

02.09.2021 09:51 // Siyasət

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimləri keçiriləcək.

Təlimlər Türkiyənin Konya şəhərində keçiriləcək və sentyabrın 17-də sona çatacaq. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.

“Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi çərşənbə günü Türkiyəyə yola düşüb”, - MN-dən bildirilir.Birgə təlimlər Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilir.

Digər xəbərlər

Xəbər lenti

Sabah 40 dərəcəyədək isti olacaq

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi