Ru
Bakı
USD
EUR
GBP
RUB

Azərbaycan Universitetinin tələbələri SOCAR-ın idarəsində infoturda olublar

news photo

16.11.2019 12:56 // Təhsil

Azərbaycan Universitetinin iqtisadiyyat və marketinq ixtisasları üzrə təhsil alan bir qrup tələbəsi SOCAR-ın Ə.C.Əmirov adına neft və qazçıxarma idarəsində infoturda olublar.

Universitetdən Youthportal.az-a bildirilib ki, idarə rəisi Ramin Quliyevlə görüşdə tələbələrə ölkəmizdə neft sənayesinin tarixi, inkişafı, Azərbaycan iqtisadiyyatında rolu haqqında məlumat verilib, Qaradağ-Lökbatan neft yatağının kəşfi və istismarı haqqında maraqlı faktlar çatdırılıb. Ramin Quliyev, həmçinin Salyan, Neftçala, Naftalan və Şəmkirdə idarə tərəfindən istismar olunan yataqlar haqqında danışıb. İdarə rəisinin tələbələr qarşısında çıxışı təhlükəsizlik və əməyin mühafizəsi, ətraf mühitin mühafizəsi, neft və qazın itkisiz nəqli, mütəxəssis-işçilərin bilik, bacarıq və səriştələri, məsuliyyətliliyi, neftçilərin əməyinin qiymətləndirilməsi, onların sosial şəraitinin yaxşılaşdırılması, işin və məhsulun keyfiyyəti mövzularını əhatə edib. İnfoturun bu hissəsində tələbələrin sualları cavablandırılıb və neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılmasına həsr olunan video nümayiş etdirilib.

Sonra tələbələr neftin çıxarıldığı ərazidə olub, burada neft hasilatını izləyib, quyuların təmiri prosesi ilə tanış olublar.

İnfotur Maliyyə və iqtisadiyyat kafedrasının təşkilatçılığı ilə baş tutub. İnfoturda kafedranın müdiri, dosent Nəriman Böyükkişi və kafedranın müəllimi Çingiz Məmmədov da iştirak edib. Kafedra müdiri Azərbaycan Universitetinin rəhbərliyi adından tələbələr üçün yaradılan şəraitə görə təşəkkür edib, çətin və şərəfli peşələrində uğurlar arzulayıb.

news photo news photo news photo news photo

Digər xəbərlər

Xəbər lenti

Bizə qoşulun

facebook
facebook
facebook
Gənclər Paytaxtı
Salto Youth
Tehsil Nazirliyi